Türkiyə iqtisadiyyatının genişlənməsi Azərbaycan üçün bu təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətlidir – iqtisadçı ekspert
“Togg” avtomobilinin ikincisinin Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunması bir qədər simvolik xarakter daşıyır və Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Həmçinin “Togg”un istehsalı Türkiyə üçün çox böyük nailiyyətdir. Dünyada güclü ölkələr avtomobil sənayesi inkişaf edən və dünya bazarlarında xüsusi yeri olan ölkələrdir. Bu baxımdan Türkiyədə avtomobil sənayesinin formalaşması və inkişafı ölkə iqtisadiyyatı üçün olduqca faydalıdır.
Bu fikirləri Xəbər15-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
Ekspert bildirib ki, Türkiyə Azərbaycanın əsas strateji müttəfiqidir və güclü olması ölkəmizin marağındadır. “Şuşa Bəyannaməsi”ndə ölkələr ərazi bütövlüyünün pozulması zamanı biri-birinə dəstək verməklə bağlı öhdəlik götürüblər. Həmçinin digər sahələrdə də qarşılıqlı əməkdaşlığın inkişafı məsələləri gündəmdədir.
“Türkiyə iqtisadiyyatının güclənməsi və inkişafı Azərbaycan üçün bu təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətlidir. Türkiyədə avtomobil sənayesinin inkişaf etməsi gələcəkdə Azərbaycanda da bu sənayenin inkişafına töhfələr verə bilər”, – deyə Xalid Kərimli vurğulayıb.
Oxunma sayı: 384-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub