Türkiyə KİV: “Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün yaranacağı məqamda barış prosesini pozmağa çalışır”
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün yaranacağı məqamda erməni diasporunun və bəzi Qərb dövlətlərinin təhriki ilə barış prosesini pozmağa çalışır.
Xəbər15-in məlumatına görə, bu barədə Türkiyənin “Yeni Asır” nəşrində dərc olunan məqalədə deyilir.
Qeyd edilib ki, Ermənistan regionda gərginliyi artırır: “Türkiyənin dəstəyi ilə Azərbaycan 44 günlük Vətən Müharibəsi zamanı bir zamanlar işğal altındakı əraziləri azad edib. Hazırda Azərbaycanın bölgədə humanitar öhdəliklərini yerinə yetirdiyi zaman Ermənistan kamikadze dronları vasitəsilə hücumlar həyata keçirərək sərhəddə gərginliyi artırır”.
Məqalədə bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə keçiriləcək görüşdə Cənubi Qafqaz regionunda və Qara dəniz hövzəsində sülh və sabitliyin qorunması kimi məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur.
Oxunma sayı: 323-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb