Türkiyə mətbuatı Zəngəzur dəhlizi ilə bağlı məqalə yayıb
Azərbaycanı Türkiyə ilə əlaqələndirən Zəngəzur dəhlizinə addım-addım yaxınlaşırıq.
Xəbər15 məlumat verir ki, bu barədə “TRT Haber”in saytında yer almış “Zəngəzur dəhlizi addım-addım reallaşır” sərlövhəli məqalədə bildirilib.
Yazıda qeyd olunub ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarını azad edib: “Azərbaycan tarixi torpaqlarında yenidənqurma işləri həyata keçirdi, yeni yollar saldı. Mütəxəssislərin fikrincə, Zəngəzur dəhlizi kifayət qədər əhəmiyyətlidir”.
Məqalədə, həmçinin Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətlərinin təmin olunacağı deyilir. Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmiryolu inşa ediləcək.
Oxunma sayı: 431OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub