Türkiyə Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib
Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib.
Xəbər15 bildirir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Rəşad Məmmədov, “İrs” jurnalının redaktoru Musa Mərcanlı, “Paşa həyat sığorta” şirkətinin rəhbəri Niyaz İsmayılov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış ediblər.
Onlar tədbir iştirakçılarına türk dünyasının 2023-cü ildə mədəniyyət paytaxtı olan Şuşa haqqında və Azərbaycanın 44 günlük savaşda qazandığı zəfər haqqında danışıblar.
Tədbirdən sonra “Əziz şəhər Şuşa” kitabının təqdimat mərasimi olub.
Oxunma sayı: 333-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub