Türkiyə prezidenti seçkilərinin ikinci turunun səsverməsi Azərbaycanda başa çatıb

Siyasət - 23 May 2023 13:03 A A

Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb.

Xəbər15 Türkiyə KİV-ə istinadla məlumat verir ki, müvafiq seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.

Səsvermə torbaları da diplomatik çantalara qoyularaq səfirlikdə saxlanılıb. Çantalar diplomatik kuryer vasitəsilə Türkiyəyə aparılacaq. Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verib.

Azərbaycanda 11 min 43 nəfər, Bakı səfirliyində 7417, Gəncə konsulluğunda 2277, Naxçıvan konsulluğunda isə 1349 seçici qeydiyyatdadır.

Oxunma sayı: 322
Siyasət - 13:03 A A
OXŞAR XƏBƏRLƏR