Türkiyə səfiri Estoniyadakı Azərbaycan Evinin rəhbərliyinə minnətdarlıq edib
Türkiyənin Estoniyadakı səfirliyi paytaxt Tallində fəaliyyət göstərən Estoniya Azərbaycan Evinin rəhbərliyinə təşəkkürünü bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Xəbər15-ə bildirilib ki, Türkiyə səfiri Başak Türkoğlunun adından Estoniya Azərbaycan Evinin rəhbəri Niyazi Hacıyevə ünvanlanan məktubda deyilir: “Türkiyədə 6 fevral tarixindən etibarən meydana gələn dağıdıcı zəlzələlərdən zərərçəkənlərə eyni yardımların toplanması məqsədilə bizə Azərbaycan Evinin qapılarını açdığınız üçün minnətdarıq.
Bu faciəvi fəlakətin ardından dərhal yardım əlini uzadan Estoniyadakı azərbaycanlı can qardaşlarımıza təşəkkürlərimizi bildiririk.
Son 3 həftə ərzində yardım kampaniyası ilə əlaqədar olaraq istəmədən yaratdığımız narahatlığa görə üzr istəyirik. Türk və Azərbaycan xalqlarının başına bir daha belə bəlaların gəlməyəcəyinə ümid edirik”.
Oxunma sayı: 425-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub