Türkiyə şirkətləri Bakı Enerji Həftəsinə qatılacaq

İqtisadiyyat - 7 Mart 2023 17:16 A A

Mayın 31-dən iyunun 3-dək keçiriləcək Bakı Enerji Həftəsi bir sıra sənaye tədbirlərini – 28-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgilərini və Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumunu özündə birləşdirir.

“Iteca Caspian”dan Xəbər15-ə bildirilib ki, ənənəvi “Caspian Oil & Gas” sərgisi hər il olduğu kimi bu il də enerji sənayesinin liderlərini bir araya gətirəcək. Sərginin ekspozisiyası bir neçə istiqamət üzrə təşkil ediləcək: neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi.

Energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə layihə və təkliflər “Caspian Power” sərgisinin iştirakçıları tərəfindən təqdim olunacaq. “Caspian Power” sərgisində enerjidən istifadə üzrə əldə edilmiş qabaqcıl təcrübələr paylaşılacaq, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumatlar təqdim ediləcək. Sərginin proqramı bərpa olunun enerji, enerji obyektlərinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzuları əhatə edəcək. Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.

Bakı Enerji Forumu bu illər ərzində enerji sektorunun əsas illik tədbiri, sənayenin başlıca çağırışlarının müzakirə platforması statusunu qazanıb. Öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən forum isə konfransın missiyasını daha geniş spektrdə davam etdirəcək. Forumun gündəliyinə “Keçid dövründə yeni enerji şərtləri”, “Qlobal enerji perspektivləri”, “Xəzər regionunun bərpa olunan enerji potensialı”, “Enerji sektorunda dördüncü sənaye inqilabı”, “Enerji̇ böhrani dövründə qaz təchizatinin rolu” və sair kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq hər üç tədbirdə iştirakçılar siyahısında Azərbaycan, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer tutur.

Oxunma sayı: 395
İqtisadiyyat - 17:16 A A
OXŞAR XƏBƏRLƏR