Türkiyə təcrübəsi UNEC-də
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Türkiyənin aparıcı universitetlərinin professor-müəllim heyəti ilə görüşüb.
UNEC-dən Xəbər15-ə bildirilib ki, Hacettepe, İstanbul, Ankara, Yıldız Texniki, Qazi, Artvin Çoruh, Ostim Texnik universitetlərinin professor-müəllim heyəti ilə görüşən rektor Ə.Muradov onlara universitetin hədəfləri barədə məlumat verib. O, UNEC-də müəllimlərin pedaqoji keyfiyyətlərinin artırılması üçün mütəmadi olaraq beynəlxalq təcrübənin öyrənildiyini bildirib. Rektor indiyədək xarici universitetlərin mütəxəssislərinin iştirakı ilə 187 yeni fənn üzrə 1700-ə yaxın onlayn təlimin keçirildiyini və 732 əməkdaşın təlimləri uğurla bitirdiyini diqqətə çatdırıb. Ə.Muradov keçiriləcək təlimlərin pedaqoji heyətin yeni biliklər əldə etməsində, beynəlxalq təcrübənin tətbiqi istiqamətində faydalı olacağına əminliyini ifadə edib.
Sonra türkiyəli professorlar UNEC-in tədris prosesi, infrastrukturu, müasir standartlara cavab verən laboratoriyaları barədə təəssüratlarını bölüşərək, yaradılan şəraiti yüksək qiymətləndiriblər. Türkiyəli qonaqlar UNEC-də tədris olunacaq 10 yeni fənn üzrə təlimlərə və mühazirə dərslərinə aprelin 3-dən start verildiyini bildiriblər.
Görüşdə universitetlərarası əməkdaşlıq, birgə məqalələrin yazılması, layihələrin hazırlanması, beynəlxalq əlaqələrin genişləndirilməsi, eləcə də akademik mübadilə istiqamətində müzakirələr aparılıb.
Təlimlər aprelin 8-dək davam edəcək.
Oxunma sayı: 387-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub