Türkiyə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçiriləcək beynəlxalq turnirə qatılır
Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə minifutbol üzrə beynəlxalq turnir keçiriləcək.
Xəbər15 məlumat verir ki, turnirin püşkü atılıb. Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək.
Püşkə əsasən, A qrupunda Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan və İtaliya yer alıb. Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika Respublikası B qrupunda mübarizə aparacaq.
Yarışın qalibi mayın 6-da müəyyənləşəcək. Bakı Tennis Akademiyasında keçiriləcək oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.
Oxunma sayı: 446OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib