Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə aprelin 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə və yerli media nümayəndələrinin bir qrupu üçün növbəti media-tur təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, səfər çərçivəsində ilk olaraq media nümayəndələri azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə minalardan təmizləmə prosesini və qardaş Türkiyənin istehsalı olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) mühəndis texnikasının praktiki tətbiqini izləyiblər.
Media nümayəndələrinə məlumat verilib ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29 min hektaradək ərazi təmizlənib. Erməni hərbçiləri tərəfindən basdırılmış 23 min 230 mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Media-tur çərçivəsində media nümayəndələrinə artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi də nümayiş etdirilib.
Jurnalistlər hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.
Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunmuş ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Oxunma sayı: 676-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib