Türkiyə XİN: Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı təxribatları davam etdikcə uçuşlara icazə verməyəcəyik
Türkiyə öz hava məkanını Ermənistan aviakompaniyalarının üçüncü ölkələrə uçan təyyarələri üçün bağlayıb.
Xəbər15 məlumat verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.
“Biz hava məkanını Ermənistanın üçüncü ölkələrə uçan təyyarələri üçün bağlamışıq. Biz təyyarələri ölkəmizə zəruri hallarda buraxacağıq, lakin Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı təxribatları davam etdikcə laynerlərin və şəxsi təyyarələrin uçuşuna icazə verməyəcəyik”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan təxribatları dayandırmasa, Ankara digər tədbirlərə də əl atacaq.
Oxunma sayı: 430OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib