Türkiyə yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyunlarımız bizim üçün yaxşı hazırlıq mərhələsi oldu
Azərbaycan millisinə qarşı keçirdiyimiz oyunlar bizim üçün müsbət nəticələndi. Millətlər Liqasındakı rəsmi oyunlardan əvvəl bizim üçün yaxşı hazırlıq mərhələsi oldu.
Xəbər15 məlumat verir ki, bu sözləri Bakıda qadın futbolçulardan ibarət Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirən Türkiyə yığmasının baş məşqçisi Necla Güngör Kırağası deyib.
Mütəxəssis bildirib ki, hər iki qarşılaşmada nümayiş etdirmək istədikləri oyun üslubunu sınaqdan keçiriblər: “Lakin ilk oyunda iki futbolçumuzun zədələnməsi ikinci oyuna daha təmkinli yanaşmağımıza səbəb oldu. İrəli xətdə rəqibi gərginlikdə saxlamaq, hücum bölgəsinə topu daşımaq bacarığımızı görmək baxımından nə kimi çatışmazlıqlarımızın olduğunu müəyyən edə bildik, yoxlamaq istədiyimiz oyunçulara şans vermək imkanı qazandıq. Yüksək qonaqpərvərliyə görə AFFA rəhbərliyinə təşəkkür edirik”.
Oxunma sayı: 408-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub