Türkiyədə təhsil alacaq tələbələrə MÜRACİƏT
Türkiyədə təhsil almağa başlayan əcnəbi tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində bu ölkənin Sosial Müdafiə Qurumuna (SGK) müraciət edərək tibbi sığorta oluna bilərlər.
Xəbər15 məlumat verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi məlumat yayıb.
Bildirilib ki, tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində yazılı olaraq müraciət etmədikləri təqdirdə təhsil alacaqları müddətdə bir daha SGK-da sığorta oluna bilməyəcəklər.
Qeyd edək ki, SGK tibbi xidmətlərin böyük əksəriyyətini qarşılayır.
Oxunma sayı: 345OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib