Türkiyədən gələn mütəxəssislər Vətən müharibəsində sarsıntı yaşayan vətəndaşlara psixoloji yardım göstərir
Məlum olduğu kimi Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, həmçinin şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyə Respublikasından bir qrup peşəkar psixoterapevt ölkəmizə dəvət edilib və FHN-in psixoloqları ilə birgə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.
Nazirlikdən Xəbər15-ə bildirilib ki, bunun davamı olaraq yenidən FHN-in dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn 20 nəfərdən artıq mütəxəssis nazirliyin psixoloqları ilə birlikdə Bakı və Naxçıvan şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların reabilitasiyasını həyata keçirir. Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin 112 – qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Oxunma sayı: 707-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb