Türkiyədən gətirilən tinglərlə Saatlıda intensiv əncir bağı salınır
Azərbaycanda ilk və yeni olan intensiv əncir bağı Saatlının Qaralar kəndində, fermer Həbib Əhmədovun təsərrüfatında salınır.
Xəbər15 məlumat verir ki, Türkiyə təcrübəsindən istifadə etmək üçün qardaş ölkədən mütəxəssislər də dəvət edilib. Bağ intensiv əkinçilik olduğu üçün ağaclar tirə üsulu ilə əkilir. Məqsəd ağacları qrunt sularından qorumaq, eləcə də suya olan tələbatı nizamlaya bilməkdir.
7 hektar ərazini əhatə edən bağ Türkiyədən gətirilən “Bursa siyahı” adı ilə tanınan tinglərdən ibarət olacaq. Bu sort yüksək məhsuldarlığı ilə seçilir, eyni zamanda, xarici bazar üçün də çox münasibdir. Hazırda əkilən fidanlar bir yaşındadır və iki yaşından etibarən məhsul verməyə başlayacaq. Hər biri 80-100 qram ağırlığında olmaqla, bir hektardan 40 ton civarında əncir məhsulu götürmək mümkün olacaq. Sonrakı illərdə isə məhsuldarlıq daha da artacaq.
Oxunma sayı: 540-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub