Türkiyədən idxal edilən pomidor toxumunda zərərli orqanizm aşkarlanıb
İdxalatçı şirkətin müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan “Azilaqro” MMC-yə məxsus 50 qram pomidor toxumundan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb.
AQTA-dan Xəbər15-ə bildirilib ki, faktla bağlı karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş toxum barədə məhsulların zərərsizləşdirilməsi, məhv edilməsi və ya geri qaytarılması barədə qərarlar qəbul olunub, məhsul partiyası məhv edilib.
Oxunma sayı: 371OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub