Türkiyədən idxal olunan 15 tondan artıq portağalda virus aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Xəbər15-ə verilən məlumata görə, idxalatçı şirkət “Amotrade” MMC-nin müraciəti əsasında götürülmüş nümunələrin müayinələri nəticəsində Türkiyədən idxal olunan 15 min 150 kiloqram portağal məhsulunda karantin tətbiq olunan zərərli orqanizm – “Sitrus tristeza virusu” aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Verilmiş qərara əsasən, “Təhlükəli tullantılar” MMC-yə məxsus poliqonda məhvetmə tədbiri həyata keçirilib.
Oxunma sayı: 505-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib