Türkiyədən qayıdan könüllülərə diplomlar verildi
![](https://xeber15.com/wp-content/uploads/2023/03/1111111111.cropped.830x400.jpg)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədilə qardaş ölkəyə yollanmış və missiyasını başa vurmuş bir qrup könüllü ilə görüş keçirilib.
Nazirlikdən Xəbər15-ə verilən məlumata görə, zəlzələ bölgəsindən qayıtmış könüllülərlə keçirilən görüşdə ETSN-in rəsmi şəxsləri ölkənin ictimai-sosial həyatında aktiv iştirak edərək layiqli vətəndaş mövqeyi və fədakarlıq göstərdiklərinə görə gənclərə təşəkkür ediblər.
Görüşün sonunda könüllü gənclərimizə Türkiyə Respublikasında baş vermiş zəlzələ fəsadlarının aradan qaldırılmasında fəal iştiraklarına görə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı tərəfindən Fəxri diplomlar təqdim edilib.
Oxunma sayı: 468OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib