Türkiyənin də iştirakı ilə beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək
Aprelin 22-25-də Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş növbəti Beynəlxalq səviyyəli 6-cı Azərbaycan-Alman-Türk Tibb Konqresi və 8-ci Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçiriləcək.
Xəbər15 məlumat verir ki, tədbirdə Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapur və bir sıra dünya ölkələrindən olmaqla 60 nəfərdən çox xarici məruzəçi, moderator və iştirakçılarla yanaşı Avropa və Asiya Endoskopik və Laparoskopik cərrahlar cəmiyyətlərinin rəsmiləri də iştirak edəcək. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Avropa davamlı Tibb Təhsili Mərkəzləri tərəfindən akkreditasiya olunaraq 20 davamlı tibb təhsili balı ilə qiymətləndirilib.
Tədbirin gedişində 10-dan çox maraqlı canlı əməliyyatların (cərrahi, endoskopik, invaziv radioloji və sair) iclas zalına translyasiyası və iştirakçılarla bərabər müzakirəsi təşkil ediləcək. İlk dəfə olaraq bu səviyyəli beynəlxalq tibb konqresinin bir hissəsi Azərbaycanın cənub regionunda keçiriləcək. Belə ki, tədbirin açılışı və plenar iclasları aprelin 22-də Astara rayonunda, treyninq və ustad dərsləri isə aprelin 23-də Lənkəran, Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında təşkil ediləcək. Regionda çalışan həkimlərimiz üçün 12 ixtisas üzrə (Laparoskopik və Ümumi cərrahiyyə, Endoskopiya, Radiologiya, Ultrasonoqrafiya, Urologiya, Nefrologiya və dializ, Kardiologiya, Lazer proktologiya, Ginekologiya, Təcili tibbi yardım (ALS-BLS), Travmatologiya və Ortopediya, Tibb Bacıları ixtisasları) ustad dərsləri və treyninqlər azərbaycanlı və xarici mütəxəssislərin moderatorluğu ilə keçiriləcək.
Aprelin 22-də plenar iclas zamanı regionda ilk dəfə icra olunacaq endoskopik tiroidektomiya əməliyyatı iclas zalına translyasiya edilərək interaktiv müzakirə ediləcək. Regionda təşkil olunacaq maraqlı leksiyalar, ustad dərsləri və treyninqlərdən 300-ə yaxın yerli mütəxəssisin iştirakı və faydalanması gözlənilir.
Tədbirin davamı aprelin 24-25-də Bakı şəhərində maraqlı müzakirələr və canlı əməliyyatlarla davam edəcək. Aprelin 24-də günün ikinci yarısında plenar iclas Badamdart (Pulman) otelin iclas zalında keçiriləcək, aprelin 25-də isə canlı əməliyyatların translyasiyası M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin iclas zalında baş tutacaq. Tədbirin gedişində Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar cəmiyyətlərinin rəsmilərinin iştirakı ilə birgə əməkdaşlıq məsələləri də ətraflı müzakirə ediləcək.
Tədbir zamanı Azərbaycan və Özbəkistan təbiblərinin iştirakı ilə Azərbaycan-Özbəkistan Tibb Cəmiyyətinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində 100 özbəsiktanlı həkimin Azərbaycanda ixtisaslaşması proyekti çərçivəsində 25 nəfər müxtəlif ixtisaslı mütəxəssisin konqres, treyninq və ustad dərslərində pulsuz iştirakı təmin olunacaq. Eləcə də cəmiyyətin gələcək fəaliyyət planları, əməkdaşlıq məsələləri və yeni proyektləri də müzakirə ediləcək.
Oxunma sayı: 511-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb