Türkiyənin “Friterm” şirkətinin meneceri AzTU tələbələri üçün ustad dərsi keçib
Türkiyənin “Friterm” şirkətinin meneceri Hayati Can Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin üçüncü kurs tələbələri üçün “İstilik dəyişdiriciləri” mövzusunda ustad dərsi keçib.
Universitetdən Xəbər15-ə bildirilib ki, dərsdə hava istilik dəyişdiriciləri, hava soyuducuları, su-buxar hava qızdırıcıları və kondisionerlər barədə məlumat verilib.
Eyni zamanda, tələbələr kondisioner, isitmə sistemləri və soyuducu qurğular istehsal edən “Friterm” şirkətinin müasir texniki avadanlıqları haqqında da məlumatlanıdırılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Oxunma sayı: 463OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib