Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop Samuxda 2 nömrəli məktəbdə olub
Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbdə olub.
Xəbər15 məlumat verir ki, Türkiyə Cümhuriyyətində yaşanan zəlzələ zamanı ölkəmiz bütünlükdə yardım aksiyasına qoşuldu. Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəb də bu aksiyadan yan keçmədi. Ən maraqlısı isə öz kiçik ürəyinə böyük mərhəmət hissi yerləşdirərək, könüllü olaraq özünün kiçik xərcləri hesabına topladığı vəsaiti ianə edən 5-ci sinif şagirdi Tağıyeva Gülnur Şamxal qızının bu aksiyaya qoşulması idi. Bu, bir daha xalqımızın böyükdən kiçiyə qardaş ölkənin daim yanında olduğunun sübutudur.
Recep Öztop məktəbdə olarkən ilk Gülnur ilə görüşdü və Diyarbakırdakı həm yaşıdı Elif Yüsra Çakmak arasında görüntülü danışıq təşkil edildi. Bu da duyğulu anların yaşanmasına və yeni bir dostluğun qazanılmasına vəsilə oldu.
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib