Türkiyənin məşhur yazıçısı Əlyazmalar İnstitutunda olub
Türkiyənin məşhur yazıçısı, tədqiqatçı-jurnalist, Atatürk nəslinin böyük araşdırmaçısı, məşhur “Çanaqqala savaşı”, “Mustafa Kamal və Atatürk”, “Bilinməyən şəhidliklər” və digər kitabların müəllifi Mustafa Atmaca AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
AMEA-dan Xəbər15-ə bildirilib ki, institutun icraçı direktoru filologiya elmləri doktoru, professor Paşa Kərimov qonağa müəssisənin tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib. Mustafa Atmaca səfərinin məqsədinin ölkəmiz, burada yerləşən elmi müəssisələr, qədim memarlıq abidələri, muzeylər haqqında yeni məlumat əldə etmək olduğunu bildirib. O, müəllifi olduğu 9 kitabı institutun kitabxanasına hədiyyə etmək istədiyini vurğulayıb.
Daha sonra qonaq institutun Ekspozisiya zalında nümayiş olunan nadir eksponatlar və əlyazma nüsxələri ilə tanış olub, rəy kitabına təəssüratını yazıb.
Oxunma sayı: 503-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib