Türkiyənin neft-kimya məhsullarına ehtiyaclarını ödəmək üçün daha 8 “Petkim” lazımdır
Türkiyənin neft-kimya məhsullarına ehtiyaclarını ödəmək üçün daha 8 “Petkim” neft-kimya kompleksi kimi müəssisə lazımdır.
Xəbər15 məlumat verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov “Haber Türk” televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda “Petkim” Türkiyənin neft-kimya istehsalının 12 faizini təşkil edir: “3,6 milyon ton illik istehsal gücü olan kompleksdə 2 339 nəfər çalışır”.
A.Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin (“Merkuri” layihəsi) tikintisindən danışıb.
O bildirib ki, SOCAR-ın BP şirkəti ilə inşa etməyi planlaşdırdıqları neft-kimya kompleksinin tikintisi BP-nin dünya miqyasında neft-kimya istehsalından çıxmasından sonra dayandırılıb.
A.Məmmədov BP-nin 2023-cü il üçün investisiya planlarının olmadığını, lakin hər bir imkanın strateji qiymətləndirildiyini qeyd edib.
Oxunma sayı: 341-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub