Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub
Ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Texniki Universitetində (AzTU) görülən işlər və həyata keçirilən yeniliklərlə yaxından tanış olublar.
AzTU-dan Xəbər15-ə bildirilıb ki, rektor Vilayət Vəliyev qonaqları AzTU-da universitet-sənaye əməkdaşlığı, “Bilişim Vadisi Bakı”, sahibkarlığın inkişafı istiqamətində KOBİA tərəfindən yaradılacaq mərkəz, o cümlədən müxtəlif sosial infrastrukturlarda aparılan yenidənqurma işləri ilə tanış edib. Həmçinin universitet haqqında qonaqlara ətraflı məlumat verib.
“Bilişim Vadisi”nin baş direktoru və idarə heyətinin üzvü Ahmet Serdar İbrahimcioğlu bildirib ki, mərkəz tərəfindən AzTU-da qurulan “Bilişim Vadisi Bakı”da universitetin bütün strukturları ilə əlaqələndirilməklə beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstəriləcək.
“CezeriLab” laboratoriyası ilə tanışlıq zamanı qonaqlara burada görülən işlər, tələbələrin layihələri, startap üzrə beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr barədə məlumat verilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edib.
Oxunma sayı: 388
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub