Ulu Öndərin 100 illiyi münasibətilə Türkdilli dövlətlər arasında futbol turniri keçiriləcək
Martın 26-da Bakı Olimpiya Stadionunda keçirilən “Qalatasaray” – “Qarabağ” matçından sonra futbol sahəsində bir çox təklif irəli sürülüb. Bunlardan biri də türkdilli dövlətlərin futbol komandalarının qardaşlıq görüşləridir.
Xəbər15 Türkiyənin “Milliyet” qəzetinə istinadla məlumat verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Türkdilli dövlətlərin futbol komandaları arasında turnir keçirilməsi ilə bağlı “Qalatasaray” klubunun rəhbəri Dursun Özbəkin təklifini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də müsbət qarşılayıb.
Turnirlə bağlı artıq hazırlıqlara başlanıldığı bildirilir.
Oxunma sayı: 357OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub