Uşak Universitetinin rektoru Azərbaycanda beynəlxalq konfransa qatılıb
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə keçirilir.
Bu barədə Xəbər15-ə AMEA-dan məlumat verilib.
Əvvəlcə elmi ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Beynəlxalq tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirib.
Ulu Öndər Heydər Əliyevin elm və təhsilə daim böyük önəm verdiyini vurğulayan İsa Həbibbəyli qeyd edib ki, dahi rəhbərin ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində müstəqil Azərbaycanda iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə, bir sözlə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunur.
AMEA rəhbəri bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans riyaziyyatın aktual problemlərinin müzakirəsi və dünyanın müxtəlif ölkələrindən tədbirə qatılmış riyaziyyatçı alimlərlə elmi əlaqələrin genişlənməsinə dəstək verəcək.
Tədbirdə çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi akademik Asəf Hacıyev, Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş, Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru akademik Şavkat Ayupov, professor Hamlet İsaxanlı və digərləri Ulu Öndərin misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən, bu istiqamətdə həyata keçirdiyi islahatlardan bəhs ediblər.
Qeyd edək ki, Azərbaycanın alim və mütəxəssisləri ilə yanaşı, dünyanın 15 ölkəsindən 23 nümayəndənin iştirak etdiyi konfransda 180-dən çox məruzə təqdim olunacaq.
Konfrans aprelin 28-də başa çatacaq.
Oxunma sayı: 413-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb