YAP nümayəndə heyəti Bursa Böyükşəhər Bələdiyyəsində görüş keçirib
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyədə səfərdədir. Səfər çərçivəsində Bursa Böyükşəhər Bələdiyyə binasında görüş olub.
YAP-dan Xəbər15-ə bildirilib ki, Ak Parti Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Alanın da iştirak etdiyi görüşdə Yeni Azərbaycan Partiyasının Türkiyəyə səfərinin dostluq, qardaşlıq və həmrəylik örnəyi olduğu vurğulanıb.
Görüş zamanı Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır” fikri xatırladılaraq iki qardaş dövlətin birliyinin əbədi və sarsılmaz olduğu bildirilib.
Oxunma sayı: 450OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib