YAP nümayəndə heyəti Kahramanmaraşda dağıntılara məruz qalmış “Azərbaycan bulvarı”nda olublar
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Partiyadan Xəbər15-ə bildirilib ki, səfər çərçivəsində YAP nümayəndə heyəti Kahramanmaraşda dəhşətli zəlzələ zamanı böyük dağıntılara məruz qalmış Azərbaycan bulvarı adlı yaşayış ərazisini ziyarət ediblər.
Məlumat üçün bildirək ki, dağıdıcı zəlzələ zamanı bu şəhərdə 12 min 748 insan ölüb. Zəlzələdən sonra aparılmış yoxlamalar zamanı aydınlaşdırılıb ki, son 20 il ərzində dövlət tərəfindən inşa edilmiş binaların heç biri təbii fəlakət zamanı zərər çəkməyib. Onu da əlavə edək ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ağır nəticələri ilə əlaqədar Azərbaycan dövləti tərəfindən Sütçü İmam Üniversitesinin ərazisində 1500 çadır qurulub.
Oxunma sayı: 440OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib