Yeganə Hacıyeva: Qərb dəstəklədiyi Türkiyə müxalifətinin siyasəti barədə düşünməlidir

Siyasət - 21 May 2023 13:30 A A

Türkiyə seçkilərini yaxından izləyən Azərbaycan da daxil heç yerdə müxalifət və koalisiyasının regional təhlükəsizlik məsələləri ilə bağlı mesajları səsləndirilmədi, təhlil olunmadı.

Türkiyədəki seçkidə Qərbin maddi-mənəvi ən çox dəstəklədiyi müxalifət liderinin iqtisadi və təhlükəsizlik siyasəti ilə bağlı mesajları Qərbin deyil, Çinin mənafeyini ifadə edir.

Xəbər15 məlumat verir ki, bu fikirləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva Türkiyə seçkisinin birinci turunun nəticələri və namizədlərin açıqlamalarının analizini apararkən deyib.

O bildirib ki, bu mövzu Qərbi düşündürməlidir, amma bu məsələdəki rəy Rəcəb Tayyib Ərdoğanın xeyrinə səslənir deyə bu müzakirə olunmur, çünki ondan çox yanıqlıdırlar.

“Rusiyanın Ukraynada sınıq-salxaq olunduğu zamanlarda Kılıçdaroğlunun “Türkiyəni filan yerlərdən çəkəcəyik” mesajındakı yerləri kimin dolduracağı aydın deyil? Bu arada Türkiyədəki seçki kampaniyasındakı təbliğatlarda kənar cərəyanların rolu ən yeni tarixdə görünməmiş səviyyədədir. Üç əsas namizədin ikisinin təbliğatında kənar cərəyanlar bir başa, dolayı və əks müdafiədən çıxış edirlər.

Türk vətəndaşının beynini bu seçki kampaniyasında Qərbin də, Avropanın da, Çinin də təbliğat maşını yuyur”, – deyə politoloq bildirib.

Oxunma sayı: 418
Siyasət - 13:30 A A
OXŞAR XƏBƏRLƏR