Yüksək Texnologiyalar Parkının şöbə müdiri Türkiyədə beynəlxalq konfransda məruzə edib
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidov Bursa Uludağ Universitetinin Fəlsəfə bölməsi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin birgə təşkilatçılığı ilə Bursada keçirilən beynəlxalq konfransda iştirak edib.
Bu barədə Xəbər15-ə Yüksək Texnologiyalar Parkından məlumat verilib. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin yaradılmasının və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümlərinə həsr edilən konfransda Bünyamin Seyidov “Dövlətlər və liderlər: 100-cü ildən baxış” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Ümummilli Lider Heydər Əliyevin timsalında liderlik xüsusiyyətləri, eləcə də ötən 100 ildə Türkiyə Cümhuriyyətinin dövlətçilik ənənələri və son dövr Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərindən bəhs edib. Bünyamin Seyidov, həmçinin beynəlxalq konfransın üçüncü bölümünə moderatorluq edib.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, həmin institutun əməkdaşları dosentlər Faiq Ələkbərov və Hüseyn İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, dosent Yeganə Məmmədova, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova və Sumqayıt Dövlət Universitetinin dosenti Kəmalə Salamova təqdimatlarla çıxış ediblər.
Azərbaycanlı alimlərin “Bir millət, iki dövlətin yenilməzlik fəlsəfəsi”, “Azərbaycançılıq ideologiyası”, “Heydər Əliyevin qadın hüquqlarının qorunması siyasəti və qadınların cəmiyyətdə rolunun inkişaf etdirilməsi strategiyası”, “Heydər Əliyev siyasətinin gənclərin psixoloji inkişafında təsiri”, “Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan türklərinin rolu” və “Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda məruzələri maraqla qarşılanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bursa Uludağ Universitetinin ULUTEK Texnoparkı ilə də tanış olub. ULUTEK Texnoparkının baş direktoru professor İrfan Karagöz qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Görüşdə ULUTEK Texnoparkı ilə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq imkanları müzakirə edilib, müştərək proqramların hazırlanması, rezidentlər arasında iş birliyinin qurulması, həmçinin ULUTEK Texnoparkında Azərbaycandan olan layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.
Oxunma sayı: 364-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub