Zakir Həsənov və Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb

Ordu - 8 May 2023 20:29 A A

Mayın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən Xəbər15-ə verilən məlumata görə, müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir qardaş ölkə ilə digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Yenidən ölkəmizə səfər etməsindən razılıq ifadə edən professor E.Afyoncu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə hərbi təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra türkiyəli nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb. Görüşdə Türkiyə Milli Müdafiə Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının Azərbaycan Ordusunda peşəkar kadr heyətinin formalaşmasına müsbət təsir etdiyi qeyd olunub və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Oxunma sayı: 361
Ordu - 20:29 A A
OXŞAR XƏBƏRLƏR