Türkiyəli professorlar “Uşaqlarda Təkmil Həyat Dəstəyi” kursunun iştirakçıları ilə görüşüb
“Uşaqlarda Təkmil Həyat Dəstəyi” (ÇİYAD) kursunun keçirilməsi uğurla davam edir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Xəbər15-ə bildirilib ki, TƏBİB-in “Çocuk Acil Tıp ve Yoğun Bakım“ dərnəyi ilə imzaladığı Niyyət Bəyannaməsinə əsasən növbəti dəfə “Yeni klinika” tibb müəssisəsində “Uşaqlarda Təkmil Həyat Dəstəyi” (ÇİYAD) kursu keçirilib.
Türkiyə Respublikasından dəvət olunan Prof. Dr. Murat Duman, Prof. Dr. Emel Ulusoy kurs iştirakçıları ilə tanış olub, keçiriləcək kursun gələcək həyatlarında əhəmiyyətindən bəhs edib, kurs iştirakçılarına uğurlar arzulayıblar.
Kurs nəzəri və praktiki qaydada keçirilib.
Nəzəri hissədə Dr. Xalidə Mustafayeva, Dr. Azər Əhmədov, Dr. Anar Qurbanov, Dr. Lalə Nəzərova, Dr. Lamiyə Fərzəliyeva, Dr. Elşad Şıxəliyev, Dr. Raminə Rzayeva tərəfindən təməl həyat dəstəyi, tənəffüs çatışmazlığı və tənəffüs dəstəyinin tətbiq üsulları, kritik xəstənin qiymətləndirilməsi, şok və müalicəsi, uşaqlarda irəli həyat dəstəyində dərmanlar və başqa mövzular barəsində kurs iştirakçılarına məlumatlar verilib. Onların sualları cavablandırılıb.
Praktiki hissədə təməl həyat dəstəyi, şok ssenariləri, sümükdaxili müdaxilənin, tənəffüs dəstəyinin və sair tətbiq üsulları izah edilib.
Sonda kurs iştirakçıları ilə mövzular müzakirə edilib, onlara sertifikatlar verilib.
Oxunma sayı: 589-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb