İdman XƏBƏRLƏRİ

  • Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar

    Azərbaycan atletləri Türkiyədə növbəti medalları qaza..

    Atletika üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında uğurlu çıxışı davam etdiriblər. Xəbər15 bildirir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb. Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını […]
  • Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub

    Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin kom..

    Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatının oyununu idarə edib. Xəbər15 bildirir ki, o, Superliqada “Panatinaikos” və “Aris” komandaları arasında keçirilən matçda ədaləti qoruyub. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.
  • Azərbaycan və Türkiyə milliləri üz-üzə gəlir

    Azərbaycan və Türkiyə milliləri üz-üzə gəlir

    17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək. Xəbər15 bildirir ki, yığma Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək. U-17 mayın 1-də Minskə yollanacaq. Komanda mayın 2-də Belarus, 4-də Qazaxıstan, 7-də isə Türkiyədən olan həmyaşıdları ilə üz-üzə gələcək.
  • Türkiyə Azərbaycanda “Prezident Kuboku 2024” beynəlxalq reqatasına qatılacaq

    Türkiyə Azərbaycanda “Prezident Kuboku 2024” beynəlxa..

    “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə, 30-a qədər komanda mübarizə aparacaq. Xəbər15 məlumat verir ki, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatası aprelin 30-dan mayın 3-dək keçiriləcək. 4 gün davam edəcək marafona 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, […]
  • Bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

    Bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

    UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək. Xəbər15 bildirir ki, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxacaq. Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar. Qeyd edək ki, mərhələnin digər iki oyunu […]
  • “Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

    “Paris-2024”: Oyunların açılış mərasiminin əlavə vari..

    Terror təhlükəsi yüksək hesab olunarsa “Paris -2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminin B və C variantları açıqlanıb. Xəbər15 bildirir ki, “Paris-2024” yaxınlaşdıqca terror təhlükəsi məsələləri də müzakirə olunur. Əgər təhlükə yüksək hesab olunarsa Yay Olimpiya Oyunlarının açılış mərasimi yalnız Trokadero (Trocadero) meydanı ilə məhdudlaşa və ya “Stade de France” stadionunda keçirilə bilər. “Paris-2024”ün açılış mərasimi […]
  • Azərbaycanlı futbolçunun klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib

    Azərbaycanlı futbolçunun klubu Türkiyə Futbol Federas..

    Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” klubu Türkiyə Futbol Federasiyasının (TFF) qərarına etiraz edib. Xəbər15 bildirir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kocaeli klubu aprelin 3-də evdə “Göztəpə”yə 3:2 hesabı ilə qalib gəldikləri XXVIII turun matçında baş verənlərə görə cəzalanıb. Komanda “Bandırmaspor” və “Sakaryaspor”a qarşı növbəti ev matçlarında bir […]
  • “Sabah” ardıcıl iki oyunda “Qarabağ”a üç qol vurmaqla tarixə düşüb

    “Sabah” ardıcıl iki oyunda “Qarabağ”a üç ..

    “Sabah” Azərbaycan çempionatlarının 32 illik tarixində “Qarabağ”a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Xəbər15 bildirir ki,  bunadək 3 belə hadisə yaşanıb. İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir” “Qarabağ”la ardıcıl matçlarda məhsuldarlıq göstərib. Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub […]
  • “Sumqayıt” və “Zirə” klubları arasında 4 oyunda 1 qol vurulub

    “Sumqayıt” və “Zirə” klubları arasında 4 oyunda 1 qol..

    Azərbaycan Premyer Liqasında XXX turunda üz-üzə gələn “Sumqayıt” və “Zirə” komandaları mövsüm ərzində 3-cü dəfə qolsuz bərabərliklə ayrılıblar. Xəbər15 bildirir ki, bir görüşdə isə Bakı klubu minimal hesabla qalib gəlib. Rəqiblərin 4 duelində cəmi 1 qol vurulub. Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl – […]
  • “Neftçi”nin futbolçusu 4 oyunluq cəza alıb, klub 1000 manata yaxın cərimələnib

    “Neftçi”nin futbolçusu 4 oyunluq cəza alı..

    AFFA İntizam Komitəsi “Neftçi-2″nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb. Xəbər15 məlumat verir ki, buna oyunçunun Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) yol verməsi səbəb olub. “Ağ-qaralar” forvarda görə 300 manat ödəyəcək. Salyanskinin komanda yoldaşı Elcan Əbilov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 […]
  • AFFA üç klubu cərimələyib

    AFFA üç klubu cərimələyib

    AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Xəbər15 məlumat verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Qarabağ” – “Səbail” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə “dənizçilər” 700 manat cərimə edilib. “Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat ziyana düşüb. Eləcə də qarşılaşma […]
  • AFFA İntizam Komitəsi 2 kluba texniki məğlubiyyət verib

    AFFA İntizam Komitəsi 2 kluba texniki məğlubiyyət verib

    AFFA İntizam Komitəsi “Metropoliten” və “Record Club” futzal klublarına texniki məğlubiyyət verib. Xəbər15 məlumat verir ki, buna “Metropoliten”in I Liqanın XVIII turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub. “Record Club” isə Yüksək Liqanın XVIII turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb. İntizam Komitəsi buna görə hər iki kluba 0:5 hesablı […]