Bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək.
Xəbər15 bildirir ki, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxacaq.
Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.
Qeyd edək ki, mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.
23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.
-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb