Mədəniyyət XƏBƏRLƏRİ

  • Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək

    Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festival..

    Azərbaycan və Türkiyə arasında mədəniyyətin müxtəlif sahələrinə dair əməkdaşlıq, Türkiyənin ən böyük “Kültür yolu” Festivalında Azərbaycanın iştirakı müzakirə edilib. Bu barədə Xəbər15-ə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib. Qeyd edilib ki, Mərkəzin direktoru Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və Avropa Birliyi üzrə departament rəhbəri Gözde Şahinlə görüşüb. Görüşdə ikitərəfli […]
  • Türkiyə Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib

    Türkiyə Prezident Administrasiyasında “Əziz şəh..

    Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib. Xəbər15 bildirir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Rəşad Məmmədov, “İrs” jurnalının redaktoru Musa Mərcanlı, “Paşa həyat sığorta” şirkətinin rəhbəri Niyaz İsmayılov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev, Türkiyə Prezidentinin baş […]
  • Gəncədə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

    Gəncədə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı q..

    Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib. Bu barədə Xəbər15-ə Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, […]
  • İstanbul Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

    İstanbul Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adl..

    Aprelin 23-də İstanbulda tanınmış azərbaycanlı rəssam, “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudovanın fərdi sərgisi açılıb. Xəbər15 məlumat verir ki, rəssamın “Bir arzu gerçəkləşir” (A Dream Unfolds) mövzusunda açılan sərgisi İstanbulun ən gözəl sənət qalereyalarından biri olan “Vision Art Platform”da təşkil edilib. İyunun 23-dək davam edəcək və ümumilikdə 61 əsərin sənətsevərlərə təqdim edildiyi sərginin açılışında […]
  • “Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” – VİDEO

    “Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” – V..

    Bir neçə gün öncə ailə quran müğənni Xəyalə Manaflı həyat yoldaşı ilə tanışlığından danışıb. Xəbər15 bildirir ki, ATV telekanalında yayımlanan “Günaylı Gün” proqramının qonağı olan cütlük “TikTok”da tanış olduqlarını açıqlayıb. Xəyalə, həmçinin həyat yoldaşı Nurlanın bərbər olduğunu bildirib: “Dostlarımın təkidi ilə “TikTok”a girməyə başladım, camaatın da təkidi ilə canlı yayımlar açdım. Sadəcə söhbət və mahnılarımı ifa edirdim. […]
  • Bürclərin ən səxavətli kişiləri: Siz hansı yerdəsiniz?

    Bürclərin ən səxavətli kişiləri: Siz hansı yerdəsiniz?

    Bu suala cavab verən bir neçə mənbəni təhlil etdik. Budur, qısa bir xülasə. Xəbər15 xarici mediaya istinadla bürclərin ən səxavətli kişilərinin reytinqini təqdim edir. 1-ci yer – Şir 2-ci yer – Oxatan 3-cü yer – Tərəzi 4-cü yer – Buğa 5-ci yer – Əqrəb 6-cı yer – Dolça 7-ci yer – Qoç 8-ci yer – Balıq 9-cu yer – Xərçəng 10-cu yer – Oğlaq 11-ci […]
  • Bakıda görkəmli yazıçıya abidə qoyulub

    Bakıda görkəmli yazıçıya abidə qoyulub

    Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda ucaldılacaq abidəsi quraşdırılıb. Xəbər15 məlumat verir ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parka gətirilib. Abidənin açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarovun da iştirakı gözlənilir. Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı heykəltəraş Natiq Əliyevdir.
  • Klarnet ustası parklanmaların qiymətinin artırılmasından narazılıq edib

    Klarnet ustası parklanmaların qiymətinin artırılmasın..

    Tanınmış klarnet ustası Hüseyn Məmmədoğlu parklanmaların qiymətinin artırılmasından narazılıq edib. Xəbər15-in məlumatına görə, o, Musiqi Akademiyasında təhsil aldığını, dərsə gələrkən avtomobilini saxlamağa yer tapmadığını bildirib. “Mən həm öz adımdan, həm tələbə yoldaşlarım adından xahiş edirəm, burada pullu parklanma ləğv olunsun. Saatlarla dərsdə oluruq,  gündəlik bu baha qiymətlərlə ödəmə eləmək imkansızdır. Bura nə parkdır, nə bulvardır, təhsil […]
  • Şerlok Holms haqqında romanın əlyazması hərraca çıxarılacaq

    Şerlok Holms haqqında romanın əlyazması hərraca çıxar..

    “Sotheby’s” hərracında məşhur britaniyalı yazıçı Artur Konan Doylun qiymətli məktubları və “Dördlərin işarəsi” romanının yeganə əlyazma nüsxəsi satışa çıxarılacaq. Xəbər15 “Sotheby’s” auksionunun saytına istinadla xəbər verir ki, əlyazmanın təxmini qiyməti 800 000 – 1 200 000 dollardır. “Dördlərin işarəsi” Artur Konan Doylun Şerlok Holms haqqında qələmə aldığı ikinci romandır. “Lippincott’s Magazine” jurnalı bu əsəri 1890-cı […]
  • Roza Zərgərli: “Bunu etməyim üçün mənə 25 min manat veriblər”

    Roza Zərgərli: “Bunu etməyim üçün mənə 25 min m..

    “1 milyon dollar verib Riki Martinlə duet oxumaq istəyərdim. Mənə kim “Yox” deyə bilər. Sənətimdə bu pilləni aşmaq istəyirəm. Riki Martinlə duet oxumaq istəyirəm”. Xəbər15 bildirir ki, bu sözləri Roza Zərgərli həmkarı Vəfa Şərifovanın Sərdar Ortaçla 50 000 azn qarşılığında duet oxumasına münasibət bildirərkən deyib. “Space Star”a danışan ifaçı, gənc müğənnilərin onunla yüksək məbləğ qarşılığında duet oxuduğunu […]
  • “77 yaşlı alimin küçədə ölməsinə imkan verməyin…”

    “77 yaşlı alimin küçədə ölməsinə imkan verməyin…”

    Professor Fazil Qaraoğlu bir neçə gündür ki, küçədə gecələyir. Alimə kömək ediləcəyi ilə bağlı məlumat verilsə də, onun hələ də evsiz-eşiksiz olduğu, ayağındakı ağrılardan əziyyət çəkdiyi məlum olub. Xəbər15 məlumat verir ki,  onunla bağlı “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu da paylaşım edib. O qeyd edib ki, F.Qaraoğlunun yanına gedərək onunla söhbətləşib, alimə hoteldə qalmağı təklif […]
  • Türkiyə və Azərbaycan birgə tarixi film çəkəcəklər

    Türkiyə və Azərbaycan birgə tarixi film çəkəcəklər

    Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri olan ”Saka Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb. Agentlikdən Xəbər15-ə bildirilib ki, memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (Altın tren) adlı birgə filmin istehsalı nəzərdə tutulur. Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli Anlaşma Memorandumunu Azərbaycan […]