Turizm XƏBƏRLƏRİ

  • Üç ayda Türkiyədən Azərbaycana gələn turistlərin sayı 25 % artıb

    Üç ayda Türkiyədən Azərbaycana gələn turistlərin sayı..

    Bu ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana gələn turistlərin sayı 25 % artıb. Bu barədə Xəbər15-ə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, Azərbaycana gələnlərin 19,3 %-i Türkiyədən olan turistlərin payına düşüb. Həmçinin qeyd edilən dövrdə Azərbaycandan Türkiyəyə gedənlərin sayı 28,1 % artıb. Azərbaycan vətəndaşlarının 38,3 %-i Türkiyəyə səfər edib.
  • Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir

    Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir

    Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. Xəbər15 bildirir ki, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” […]
  • AZAL-ın Bakı-Dubay təyyarəsi uçuşunu yerinə yetirə bilməyib

    AZAL-ın Bakı-Dubay təyyarəsi uçuşunu yerinə yetirə bi..

    “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə “J2 011” nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub. AZAL-ın mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan […]
  • Rusiya aviaşirkəti Həştərxandan Bakıya uçuşları bərpa edib

    Rusiya aviaşirkəti Həştərxandan Bakıya uçuşları bərpa..

    Rusiyanın “Azimut” aviaşirkəti Həştərxandan Bakıya birbaşa müntəzəm uçuşları bərpa edib. Xəbər15 məlumat verir ki, bu barədə Həştərxan Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan paytaxtına uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. Təyyarə Bakıdan saat 07:00-da qalxacaq və yerli vaxtla saat 08:30-da Həştərxana enəcək, əks istiqamətdə isə […]
  • Azərbaycandakı hotellərdə yerləşdirilmiş şəxslərin sayı 15 % artıb

    Azərbaycandakı hotellərdə yerləşdirilmiş şəxslərin sa..

    2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə yerləşdirilmiş şəxslərin sayı 1 milyon 945 min 49 nəfər olub. Xəbər15 Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə 14,6 % çoxdur. İllik göstəricinin 1 milyon 594 min 500 nəfəri Bakıdakı hotellərin payına düşüb. Bu da 1 il əvvələ nisbətən 19,8 % çoxdur. […]
  • “Ural Hava Yolları” aprelin sonundan Jukovskidən Bakıya uçuşları bərpa edəcək

    “Ural Hava Yolları” aprelin sonundan Jukovskidən Bakı..

    “Ural Hava Yolları” aprelin sonundan etibarən Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək. Xəbər15 aviadaşıyıcının mətbuat xidmətinə istinadən məlumat verir ki, uçuşlar aprelin 26-dan başlayacaq. Qeyd edilib ki, Jukovski – Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Eyni zamanda, Jukovskidən Bakıya uçuşlar cümə və şənbə günləri həyata keçiriləcək. Geriyə […]
  • Şahdağda qış turizm mövsümü başa çatıb

    Şahdağda qış turizm mövsümü başa çatıb

    Şahdağ Turizm Mərkəzində qış mövsümünə yekun vurulub. Xəbər15 məlumat verir ki, aprelin 1-dən etibarən mərkəzdə qış mövsümünün bağlanışı elan edilib və bütün xizək yamacları fəaliyyətini mövsümi olaraq yekunlaşdırıb. Bundan əlavə mərkəzdəki “Gaya Residences” və “Zirvə” hotelləri də yay mövsümünün açılışınadək fəaliyyət göstərməyəcək. “Shahdag Hotel & SPA” isə ilboyu Şahdağda istirahət etmək istəyənlərin xidmətindədir. Şahdağ Turizm […]
  • AZAL Rusiyadan gələn sərnişinlərinə müraciət edib

    AZAL Rusiyadan gələn sərnişinlərinə müraciət edib

    Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir. Xəbər15 AZAL-ın mətbuat xidmətinə istinadən məlumat verir ki, “Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar martın 23-25 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin […]
  • Azərbaycan bu ölkənin vətəndaşları üçün viza müraciətini asanlaşdırır

    Azərbaycan bu ölkənin vətəndaşları üçün viza müraciət..

    Azərbaycanın “ASAN Viza” sistemi Pakistan vətəndaşları üçün viza müraciəti prosesini sadələşdirir. Xəbər15 bildirir ki, bu barədə məlumat xarici KİV-də yayılıb. Məlumata görə, üç mərhələli proses onlayn müraciəti, təhlükəsiz şəkildə ödəniş edilməsini və elektron vizanın yüklənməsini əhatə edir: “Sistem ərizəçilər üçün səmərəliliyi və rahatlığı artırmaq üçün nəzərdə tutulub. Bu sistemi Azərbaycan hökuməti beynəlxalq turizmi inkişaf etdirmək […]
  • Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir

    Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdiri..

    Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 19-21 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən 30-cu “MITT – beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində nümayiş etdirilir. Xəbər15 verir ki, Rusiya və MDB məkanı üzrə əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, […]
  • AZAL Londonun daha bir hava limanına uçuşlara başladı

    AZAL Londonun daha bir hava limanına uçuşlara başladı

    Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına — Qetvikə reyslərin icrasına başlayıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, aviaşirkətin London Qetvik aeroportuna ilk uçuşunun qarşılanması mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qetvik hava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir, media nümayəndələri, aviaşirkətin əməkdaşları və digər […]
  • Bakı-Moskva təyyarəsi Domodedovo bağlandığı üçün Şeremetyevo aeroportuna enib

    Bakı-Moskva təyyarəsi Domodedovo bağlandığı üçün Şere..

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib. Bu barədə Xəbər15-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib. Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri […]