“Ural Hava Yolları” aprelin sonundan Jukovskidən Bakıya uçuşları bərpa edəcək

Turizm - 3 Aprel 2024 15:51 A A

“Ural Hava Yolları” aprelin sonundan etibarən Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək.

Xəbər15 aviadaşıyıcının mətbuat xidmətinə istinadən məlumat verir ki, uçuşlar aprelin 26-dan başlayacaq.

Qeyd edilib ki, Jukovski – Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Eyni zamanda, Jukovskidən Bakıya uçuşlar cümə və şənbə günləri həyata keçiriləcək. Geriyə reyslər şənbə və bazar günləri baş tutacaq.

Aviaşirkət aprelin 2-dən bu marşrut üzrə reyslərə aviabiletlərin satışını açacaq.

Oxunma sayı: 57
Turizm - 15:51 A A
OXŞAR XƏBƏRLƏR