Texnologiya XƏBƏRLƏRİ

  • Ankarada Azərbaycanın iştirakı ilə Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclası keçirilir

    Ankarada Azərbaycanın iştirakı ilə Türk dövlətləri ko..

    Ankarada Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclası keçirilir. Xəbər15 məlumat verir ki, Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) təmsil edir. Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə dövlət başçılarının verdiyi tapşırıqlara əsasən, iclas iştirakçıları komik sahədə əməkdaşlığın daha da inkişafı məsələlərini müzakirə edəcəklər. TDT ölkələrinin kosmik sahədə […]
  • ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

    ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandası..

    Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. ADPU-nun yarışmada iştirak edən 3 komandasının hər biri qalib olub. Universitetdən Xəbər15-ə bildirilib ki, Kompüter elmləri kafedrasının və STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə yarışa qatılan “ADPU GİRLS” komandası “Girls Firefighting” kateqoriyası […]
  • Nazir rəqəmsal siyasətlə bağlı dövlətin strategiyasını açıqlayıb

    Nazir rəqəmsal siyasətlə bağlı dövlətin strategiyasın..

    Azərbaycanın rəqəmsal siyasətlə bağlı, innovasiyalarla bağlı növbəti illər üçün strategiyası açıqlanıb. Xəbər15 məlumat verir ki, bu barədə bu gün Bakıda keçirilən “Azərbaycan Insurtech Zirvəsi”ndə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. O bildirib ki, dövlətin strategiyası 3 əsas istiqamət üzərində qurulub: “Bunlara elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir. Həmçinin rəqəmsal cəmiyyətin […]
  • “Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən qalaktikanın görüntüsünü yayıb

    “Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən..

    NASA və ESA-nın “Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən spiralvari qalaktikanın görüntüsünü yayıb. Xəbər15 NASA-nın saytına istinadən bildirir ki, “Hubble” kosmik teleskopunun çəkdiyi fotoşəkildə Yerdən 100 milyon işıq ili uzaqlıqda, Apus bürcündə yerləşən IC 4633 adlanan spiralvari qalaktika göstərilib. Bu qalaktika ulduz əmələgətirmə fəaliyyəti ilə zəngindir və eyni zamanda, onun mərkəzində aktiv qalaktik nüvə […]
  • Azərbaycanda 74% genişzolaqlı internetə çıxış imkanı yaradılıb

    Azərbaycanda 74% genişzolaqlı internetə çıxış imkanı ..

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin ilk üç ayı ərzində Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Xəbər15 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən məlumat verir ki, ümumilikdə isə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev […]
  • Vatsapda yeni funksiya istifadəyə verilib

    Vatsapda yeni funksiya istifadəyə verilib

    Vatsap populyar mesencerində mediafaylların sürətli göndərilməsini təmin edən yeni funksiya istifadəyə verilib. Xəbər15 məlumat verir ki, vatsap foto və videokitabxanasına da girişi sadələşdirib. Mütəxəssislərin fikrincə, istifadəçilər artıq əlavə addımlar atmadan çatda plus işarəsini tutaraq qalereyanı sürətlə aça bilərlər. Portal mütəxəssisləri qeyd ediblər ki, “App Store”dan vatsap proqramının ən son yeniləməsini quraşdıran iOS istifadəçiləri üçün fotokitabxananın tez […]
  • Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə dünya reytinqində irəliləyib

    Azərbaycan sabit genişzolaqlı internetin sürətinə gör..

    Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə bu ilin fevral ayında dünyada 115-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 3 pillə irəliləmədir. Xəbər15 “Speedtest Global Index”ə istinadən xəbər verir ki, cari ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 155 ölkə arasında 48,41 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb. Azərbaycanda əvvəlki ayla müqayisədə mobil internetin […]
  • “WhatsApp”da yeni funksiya olacaq

    “WhatsApp”da yeni funksiya olacaq

    Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan “WhatsApp” istifadəçilərə yeni funksiyalar təqdim etməyə davam edir.  Xəbər15 məlumat verir ki, “Meta” şirkəti Vatsapa “Android” istifadəçiləri üçün profil şəkillərinin ekran görüntüsünü çəkməsinə mane olacaq yeni funksiyanı təqdim edib. Belə ki, ekran görüntüsünü götürməyə çalışdığınız zaman ekranın aşağı hissəsində “tətbiq məhdudiyyətlərinə görə” ekran görüntüsünün çəkilə bilmədiyi bildirişi görünür. Şirkət […]
  • Rusiyadakı azərbaycanlılar yeni sosial şəbəkə yaradıblar

    Rusiyadakı azərbaycanlılar yeni sosial şəbəkə yaradıb..

    Rusiyadakı bir qrup təşəbbüskar azərbaycanlı gənc “bulbul” sosial şəbəkəsini yaradıb. Xəbər15 məlumat verir ki, bu günlərdə “App Store” mağazasında dünya azərbaycanlılarını birləşdirmək məqsədi ilə yaradılmış yeni sosial şəbəkə yer alıb. Belə ki, “bulbul” (“xarıbülbül” çiçəyinin adının qısaltması) adlı layihənin gələcək üçün möhtəşəm planları var, lakin o, hazırda yalnız “iPhone” platformasında mövcuddur. Bununla yanaşı, “bulbul” sosial […]
  • Vatsapda hekayələrin dizaynı dəyişəcək

    Vatsapda hekayələrin dizaynı dəyişəcək

    “Meta” şirkəti vatsapa Android istifadəçiləri üçün daha bir yeni funksiya əlavə edib. Xəbər15 məlumat verir ki, tətbiqdə yeni status nişanı görünəcək. Statuslar vatsap istifadəçilərinin öz profillərində yerləşdirə biləcəyi şaquli video və fotoşəkillərdir. Bu format instaqramdakı hekayələrə bənzəyəcək.
  • “iPhone 16” belə olacaq

    “iPhone 16” belə olacaq

    Yeddi aydan sonra “Apple” şirkəti “iPhone” smartfonlarının yeni seriyasını buraxacaq. Xəbər15 məlumat  verir ki, “iPhone 16 Pro”nun tamamilə yeni kamera dizaynında olacağı gözlənilir. İddia olunur ki, “Apple” spinneri xatırladan formada üçlü kameralı prototipi sınaqdan keçirir. Eyni zamanda, təsvir kameranın faktiki dizaynını əks etdirmir, yalnız “təhlükəsiz zona”nı – “Apple”ın korpus elementlərini yerləşdirməyi planlaşdırdığı ərazini vurğulayır. Məlumata […]
  • “Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb

    “Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin..

    Ötən ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 48 ölkəyə 19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Xəbər15 məlumat verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın yanvar sayında məlumat verilib. Bu, 2022-ci ilə nisbətən müvafiq olaraq 6 ölkə çox və 6,8 milyon ABŞ […]