Ankarada Azərbaycanın iştirakı ilə Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclası keçirilir.
Xəbər15 məlumat verir ki, Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) təmsil edir. Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə dövlət başçılarının verdiyi tapşırıqlara əsasən, iclas iştirakçıları komik sahədə əməkdaşlığın daha da inkişafı məsələlərini müzakirə edəcəklər.
TDT ölkələrinin kosmik sahədə əməkdaşlığı məsələlərinə həsr olunmuş birinci iclas 2021-ci il dekabrın 20-də Bakıda keçirilib. Növbəti tədbir 2023-cü ildə Daşkənddə baş tutub. Bu iclasda komik sahədə qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri müəyyən edilib və razılaşdırılıb.
Qeyd edək ki, TDT-yə üzv və müşahidəçi ölkələrin mütəxəssisləri “CubeSat” birgə peykinin hazırlanması və kosmik fəzaya buraxılması üzərində işi davam etdirirlər. Layihə çərçivəsində artıq bir sıra əyani və onlayn müzakirələr aparılıb.
Oxunma sayı: 43-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb