Haqqımızda

2023-cü ilin martın 1-də fəaliyyətə başlayan Xeber15.com portalı müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Portal Azərbaycan və Türkiyə əməkdaşlığı, hər iki ölkənin dövlət və özəl qurumlarının birgə fəaliyyəti, dəyərlərinə dair operativ, çevik və qərəzsiz xəbərlər hazırlayaraq oxuculara təqdim edir.
Eyni zamanda, portalda aktual mövzularla bağlı araşdırmalar, ekspert rəyləri, müsahibələr, müəllif və araşdırma yazıları da təqdim olunur.
Portaldakı xəbərlər Azərbaycan və türk dillərində yayımlanacaq.
Məqsəd hər iki ölkə və xalqlar arasında dostluğu, əməkdaşlığı, bir sözlə ortaq dəyərləri media sahəsində də inkişaf etdirməkdir.
Niyə 15? Bu rəqəm iki ölkənin tarixində xüsusi rola malikdir. 1918-ci il sentyabrın 15-də Bakının işğalçılardan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Həmçinin 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş respublika arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir.