Hadisə XƏBƏRLƏRİ

  • Vətən müharibəsi qazisi Türkiyədə vəfat edib

    Vətən müharibəsi qazisi Türkiyədə vəfat edib

    Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. Xəbər15-in məlumatına görə, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı O.Mürtəzovun avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş O.Mürtəzov evli və iki azyaşlı qız atası olub. Mərhumun nəşi dəfn olunmaq […]
  • Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb

    Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb

    Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub. Xəbər15 bildirir ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb. R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının […]
  • Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadının ittiham olunduğu maddə yüngülləşdirilib

    Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadının ..

    Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Xəbər15 bildirir ki, Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində-fizioloji affekt vəziyyətində olub, öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb. […]
  • Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

    Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri..

    Berlin polisi kilidləri sındırmaq üçün azot turşusundan istifadə edən oğurluqlar barədə xəbərdarlıq edib. Xəbər15 Almaniya paytaxtının polis idarəsinin bəyanatına istinadla xəbər verir ki, təkcə aprel ayı ərzində şəhərdə artıq 13 belə oğurluq hadisəsi törədilib. Aydındır ki, bir mənzilə girmək üçün bəzi hallarda sadəcə qapını döymək kifayətdir. Amma digər hallarda oğrular o qədər yaradıcıdır ki, “qalanı […]
  • Bakıda bu market sudan qeyri-qanuni istifadə edib

    Bakıda bu market sudan qeyri-qanuni istifadə edib

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Bakının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Xəbər15 agentliyə istinadən xəbər verir ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti […]
  • Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb

    Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb

    Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Xəbər15 bildirir ki, aprelin 18-də qeyd olunan ünvanda evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.  
  • Ağalı kəndində silah-sursat aşkar edilib

    Ağalı kəndində silah-sursat aşkar edilib

    Zəngilanda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xəbər15-ə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı 1 avtomat, 2 daraq və 43 patron aşkar edilib. Araşdırma aparılır.
  • Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub – VİDEO

    Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən o..

    Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbər15-ə verilən məlumata görə, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən […]
  • Bakıda yük avtomobilinə çırpılan “Prius” sürücüsü ölüb

    Bakıda yük avtomobilinə çırpılan “Prius” ..

    Bakıda yol kənarındakı yük maşınına çırpılan “Toyota Prius” markalı avtomobilin sürücüsü ölüb. Xəbər15 bildirir ki, hadisə ötən gün Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb. Bəxtiyar Həsənov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yol kənarında dayanan “MAN TGA” markalı yük avtomobilinə çırpılıb. Xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənov həkimlərin səyinə baxmayaraq ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
  • Qubada 25, Siyəzəndə 31 yaşlı kişinin meyiti aşkarlanıb

    Qubada 25, Siyəzəndə 31 yaşlı kişinin meyiti aşkarlanıb

    Quba və Siyəzən sakinlərin meyitləri evlərindən aşkar edilib. Xəbər15 bildirir ki, 1999-cu il təvəllüdlü Vüsal Zaidov yaşadıqları evin pilləkənindən özünü asaraq öldürüb. Bundan başqa, Siyəzən rayonu Beşdam kəndində 1993-cü il təvəllüdlü Kamran Səfərov evinin heyətində yerləşən tövlədə özünü asaraq intihar edib. Hər iki faktla bağlı araşdırma aparılır.
  • Ağdamda minaatan qurğular aşkar edilib

    Ağdamda minaatan qurğular aşkar edilib

    Ağdamda minaatan qurğular aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xəbər15-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Araşdırma aparılır.
  • Bu ölkədə 3 avtomobil toqquşub, 11 nəfər ölüb

    Bu ölkədə 3 avtomobil toqquşub, 11 nəfər ölüb

    Banqladeşin Jhalokati rayonunda üç avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib. Xəbər15 “Bdnews24”ə istinadən xəbər verir ki, qəza nəticəsində biri uşaq olmaqla ən azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb. Yeddi nəfər hadisə yerində həyatını itirib, daha dörd nəfər isə yaxınlıqdakı xəstəxanaya çatdırılan zaman yolda ölüb.