Vətən müharibəsi qazisi Türkiyədə vəfat edib

Hadisə - 24 Aprel 2024 11:01 A A

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

Xəbər15-in məlumatına görə, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı O.Mürtəzovun avtomobil qəzasında öldüyü bildirilib.

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş O.Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

Oxunma sayı: 49
Hadisə - 11:01 A A
OXŞAR XƏBƏRLƏR