Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb

İqtisadiyyat - 4 May 2024 13:40 A A

2024-cü ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 2 milyon 280 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları ixrac olunub.

Xəbər15 Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 22 % çoxdur.

Həmçinin cari ilin aprelində Türkiyədən ölkəmizə gətirilən quru meyvə və məhsullarının dəyəri 314 min ABŞ dolları olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 10,1 % artım deməkdir.

Oxunma sayı: 39
İqtisadiyyat - 13:40 A A
OXŞAR XƏBƏRLƏR