Türkiyə Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib

Mədəniyyət - 29 Aprel 2024 13:03 A A

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib.

Xəbər15 bildirir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Rəşad Məmmədov, “İrs” jurnalının redaktoru Musa Mərcanlı, “Paşa həyat sığorta” şirkətinin rəhbəri Niyaz İsmayılov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış ediblər.

Onlar tədbir iştirakçılarına türk dünyasının 2023-cü ildə mədəniyyət paytaxtı olan Şuşa haqqında və Azərbaycanın 44 günlük savaşda qazandığı zəfər haqqında danışıblar.

Tədbirdən sonra “Əziz şəhər Şuşa” kitabının təqdimat mərasimi olub.

Oxunma sayı: 52
Mədəniyyət - 13:03 A A
OXŞAR XƏBƏRLƏR