Ordu XƏBƏRLƏRİ
-
“LAÇIN” adlı Su-25ML təyyarəsi Türkiyə tərəfindən modernləşdirildi. Xəbər15 bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir. Qeyd edilib ki, təyyarə artıq Azərbaycanın Hərbi Hava Qüvvələrinə təhvil verilib. Təyyarə Türk Aerokosmik Sənayesi tərəfindən modernləşdirilib. Xatırladaq ki, “Laçın” təyyarələrində nəzərdə tutulan “KGK” avadanlığının əsas üstünlüyü raketin buraxıldığı yerdən 110 kilometrlik məsafədəki hədəfi məhv edə bilməsi üçün doğru istiqamətləndirmək, […]
-
Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES – 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub. Müdafiə Nazirliyindən Xəbər15-ə bildirilib ki, təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra ediblər. Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi […]
-
“Anatolian Phoenix – 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər. Bu barədə Xəbər15-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək. Mayın 17-dək davam edəcək hərbi təlimlərdə […]
-
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib. Xəbər15 Müdafiə Nazirliyinə istinadən bildirir ki, taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz […]
-
Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb. Xəbər15 istinadən bildirir ki, nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb. Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib. Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə bir nəfər həlak olub, doqquzu yaralanıb. Bunu jurnalistlərə şəhərin meri Boris Filatov bildirib. Pavloqrad […]
-
Ukrayna 2024-cü ildə Qərbin yetərsiz dəstəyi səbəbindən silahlanmaya 4 milyard dollar xərcləyib ki, bu da onun büdcəsinə mənfi təsir göstərib. Xəbər15 bildirir ki, Ukraynanın maliyyə naziri Sergiy Marçenko bu barədə özünün sosial media hesabında yazıb. “Kiyev tərəfdaşların vəd etdiyi qədər mərmi və silah almadığı bir şəraitdə silahlanmaya 4 milyard dollar xərcləyib və bu, büdcəyə mənfi […]
-
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq. Xəbər15 bu ölkənin mediasına istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib. Sabiq nazir 2 il 7 aydır ki, həbsdədir. Qeyd edək ki, Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon […]
-
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq. Xəbər15 bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. “Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses […]
-
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Xəbər15 bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib. Ssenariyə uyğun olaraq Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən […]
-
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib. Bu barədə Xəbər15 Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən “HAZIRLIQ-1” komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını […]
-
Rusiya qoşunlarının Ukraynanın Çerniqov şəhərinə raket hücumu zamanı ölənlərin sayı 15-ə çatıb. Xəbər15 UNIAN-a istinadən bildirir ki, hadisə zamanı xəsarət alanların sayı 61-ə yüksəlib. Yaralananlardan üçünün uşaq olduğu qeyd edilib. Axtarış-xilasetmə işlərinin davam etdirildiyi vurğulanıb.
-
Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Tatarıstan ərazisi üzərində vurulub. Xəbər15 bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Moskva vaxtı ilə saat 11.20 radələrində Ukraynanln Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb: “Növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan Respublikası ərazisi üzərində Ukraynaya məxsus […]