Ordu XƏBƏRLƏRİ

  • Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlığı müzakirə edilib

    Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşl..

    Tbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşüb. Xəbər15 bildirir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi (MN) yayıb. Bildirilib ki, müdafiə naziri İrakli Çikovani Gürcüstan və Türkiyə arasında səmərəli əməkdaşlığın regional sülh və sabitlik üçün ön şərt olduğunu qeyd […]
  • İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

    İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İs..

    İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. Xəbər15-in məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən “The Times of Israel” qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı buraxıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb. “Onlar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən […]
  • NYT: İran İsrailə 185 PUA və 146 raket atıb

    NYT: İran İsrailə 185 PUA və 146 raket atıb

    İran Silahlı‎ Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” tipli raketi atıb. Xəbər15 məlumat verir ki, bu barədə “The New York Times” məlumat yayıb. İki İsrail rəsmisinin sözlərinə görə, İran tərəfi 185 pilotsuz uçuş aparatı, həmçinin 36 qanadlı raket buraxıb. Atışların əksəriyyəti İrandan, az hissəsi isə İraq və Yəməndən həyata […]
  • İrandan bu ölkəyə xəbərdarlıq

    İrandan bu ölkəyə xəbərdarlıq

    İran hərbçiləri İordaniyanın İsrailə hücumlarla bağlı reaksiyasını izləyir. Xəbər15 bildirir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Qeyd edilib ki, əgər İordaniya İranın hücumlarına qarşı addımlar atarsa, növbəti hədəf məhz bu ölkə olacaq. Agentliyin məlumatına əsasən, İran İsrailə hücumdan qabaq İordaniya daxil olmaqla region ölkələrinə məlumat verib.
  • Bu ölkə İsrailə ballistik raketlər atıb

    Bu ölkə İsrailə ballistik raketlər atıb

    İran İsrailə ballistik raketlər atıb. Xəbər15 bildirir ki, bu barədə IRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir.  
  • ABŞ İrana qarşı genişmiqyaslı hücuma hazırlaşır?

    ABŞ İrana qarşı genişmiqyaslı hücuma hazırlaşır?

    ABŞ Prezidenti Cozef Baydenin Administrasiyası İrana qarşı genişmiqyaslı hücuma hazırlaşır. Xəbər15 bildirir ki, bu barədə NBC televiziyası amerikalı rəsmilərə istinadən məlumat yayıb. Qeyd edilib ki, bu, İranın İsrailin dövlət obyektlərini hədəf almasına cavabdır. Amerikalı rəsminin sözlərinə görə, ABŞ və İsrail yəhudi dövlətini qorumaq üçün hərəkətləri yaxından əlaqələndirirlər.
  • İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

    İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zə..

    İsrail ordusu pilotsuz uçuş aparatlarının (PUA) ölkə ərazisinə buraxılmasına cavab olaraq “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib. Xəbər15 “Jerusalem Post”a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, PUA-lar İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələri istiqamətində buraxılıb: “Cavab olaraq, ordunun qırıcıları və artilleriyası Əl-Harayib, Vardiya və Xilat əd-Dəba […]
  • İran İsrailə qanadlı raketlər atıb

    İran İsrailə qanadlı raketlər atıb

    İran İsrailə qanadlı raketlər atıb. Xəbər15 bildirir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.
  • İsrail Ordusu: Regionda vəziyyət gərginləşərsə, məsuliyyət İranın üzərinə düşəcək

    İsrail Ordusu: Regionda vəziyyət gərginləşərsə, məsul..

    Regionda vəziyyət gərginləşərsə, məsuliyyət İranın üzərinə düşəcək. Xəbər15 “The Times of Israel”ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Daniel Haqari bildirib. “İran vəziyyəti daha da gərginləşdirmək qərarının nəticələri ilə üzləşəcək. İsrail yüksək hazırlıq vəziyyətindədir. Biz də cavab verməyə hazırıq”, – Haqari deyib. İsrail ordusunun sözçüsü qeyd edib ki, İsrail ordusu […]
  • İsrail Livana aviazərbələr endirib

    İsrail Livana aviazərbələr endirib

    İsrail hərbi aviasiyası səhər saatlarında Livanın cənub-şərqinə aviazərbələr endirib. Xəbər15 xarici KİV-ə istinadən bildirir ki, bu addım həmin ərazinin “Hizbullah” terror təşkilatının dayaq məntəqələrindən biri olması ilə əsaslandırılıb. Dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.
  • Rusiya ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyib

    Rusiya ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyib

    Rusiya ordusu gecə boyunca davam edən döyüşlər nəticəsində Donetskin Boqdanovka kəndinə nəzarəti təmin edib. Xəbər15 Ukrayna KİV-ə istinadən bildirir ki, görülən müdafiə tədbirlərinə baxmayaraq, əraziyə cəmləşdirilən heyət Çasov Yar, Novokalinovo və Tonenkiy kəndlərinə doğru irəliləyib. Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, Rusiya tərəfi Çasov Yar istiqamətinə xeyli sayda texnika və canlı qüvvə cəmləşdirib. İvanovo kəndi […]
  • Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər

    Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər

    Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb. Xəbər15 bildirir ki, bu barədə “Sputnik Armeniya” Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb. Nazirlik rəsmisi bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur. Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.