Şimali Kipr üç qardaş ölkənin maraqları naminə Türkiyə və Azərbaycanla imkanları birləşdirməyə hazırdır
Şimali Kipr Türk Respublikası Cümhuriyyəti (ŞKTC) üç qardaş ölkənin maraqları naminə Türkiyə və Azərbaycanla imkanları birləşdirməyə hazırdır.
Xəbər15 bildirir ki, bunu ŞKTC Parlamentinin sədri Zorlu Töre İstanbulda Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Fəzail İbrahimli ilə görüşündən sonra deyib.
Z.Töre üç ölkənin parlamentlərarası əlaqələrinin inkişafından məmnunluğunu ifadə edərək bildirib ki, may ayında Lefkoşaya Türkiyə və Azərbaycandan parlamentlərarası dostluq qruplarının üzvləri səfər edəcəklər.
“İki qardaş ölkənin parlamentarilərinin qarşıdakı səfərləri “Bir millət, üç dövlət” deyimi nöqteyi-nəzərindən dövlətlərarası əlaqələrin inkişafına töhfə verəcək. ŞKTC, Türkiyə və Azərbaycan enerji, iqtisadi və siyasi sahələrdə imkanlarını birləşdirə bilərlər”, – deyə Şimali Kipr Türk Respublikası Parlamentinin spikeri açıqlayıb.
Oxunma sayı: 47-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb