Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı müəyyən olunub – VİDEO
Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbər15-ə verilən məlumata görə, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə Polis Şöbəsinə gətirilib. Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək.
Oxunma sayı: 27-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb