Hadisə XƏBƏRLƏRİ

  • Sumqayıtda Türkiyə vətəndaşı piyadanı vuraraq öldürüb

    Sumqayıtda Türkiyə vətəndaşı piyadanı vuraraq öldürüb

    Sumqayıtda Türkiyə vətəndaşı piyadanı vuraraq öldürüb. Xəbər15 məlumat verir ki, hadisə aprelin 5-də H.Z.Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı Sarıgul Hasım idarə etdiyi “Renault 12” markalı, 10-HO-997 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən piyada Baxışov Ağatahir Tərlan oğlunu vurub. Nəticədə piyada aprelin 8-də ölüb. Faktla bağlı cinayət işi başlanıb.
  • Gömrük nəzarətindən gizlədilən dərman preparatlarının Türkiyədən Azərbaycana gətirilməsinin qarşısı alınıb 

    Gömrük nəzarətindən gizlədilən dərman preparatlarının..

    Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən (DGK) Xəbər15-ə bildirilib ki, Baş İdarənin “Sədərək” gömrük postunda Türkiyədən ölkəmizə gələn “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Yoxlama zamanı vətəndaşın idarə […]
  • Bakıda itkin düşən Türkiyə vətəndaşının yeri müəyyənləşdirilib

    Bakıda itkin düşən Türkiyə vətəndaşının yeri müəyyənl..

    Nərimanov rayonunda iki gün əvvəl itkin düşən Türkiyə vətəndaşı 1994-cü il təvəllüdlü Yanardağ Büşra Şevki qızının olduğu yer məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, araşdırmalarla itkin düşən şəxsin Türkiyə Respublikasına getməsi müəyyən edilib.
  • DGK: İstanbul-Bakı aviareysi ilə qızıl-zinət əşyalarının gətirilməsi cəhdinin qarşısı alınıb

    DGK: İstanbul-Bakı aviareysi ilə qızıl-zinət əşyaları..

    İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk edən zaman Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən “Qırmızı kanal”a yönləndirilib. Dövlət Gömrük Komitsənin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Xəbər15-ə bildirilib ki, gömrük baxışı zamanı vətəndaşın əl çantasından, çəkisi təxminən 1104 qram olan […]
  • Türkiyədə yaşayan azərbaycanlı iş adamı güllələndi

    Türkiyədə yaşayan azərbaycanlı iş adamı güllələndi

    Türkiyədə yaşayan azərbaycanlı iş adamı Şamil Xalid şəriki Ahmet Dikbaş ilə mübahisədən sonra güllələnib. Hadisə Ankarada baş verib. Xəbər15 məlumat verir ki, tütün məmulatlarının satışı ilə məşğul olan iş adamları arasında mübahisə düşüb. Sonda Dikbaş silaha əl atıb və azərbaycanlı şərikinə atəş açıb. Qasıq nahiyəsindən yaralanan Xalid qaçaraq küçədəki ərzaq mağazasına sığınıb. Lakin Dikbaş yaralının […]
  • Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edilib

    Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edilib

    Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edilib. Xəbər15 məlumat verir ki, hadisə Binəqədi rayonunun Goradil qəsəbəsində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı Pariakkılıç Baxtiyar Tefik oğlunun bağ evindən naməlum şəxs dəyəri 2370 manat olan tikinti materiallarını və usta alətlərini oğurlayıb. Faktla bağlı araşdırma aparılır.
  • Gömrük Komitəsi: İstanbuldan Bakıya gətirilən brend geyim əşyaları aşkarlanıb

    Gömrük Komitəsi: İstanbuldan Bakıya gətirilən brend g..

    Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının VİP zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Xəbər15-ə bildirilib ki, yoxlama zamanı […]
  • DGK: İstanbuldan Bakıya gətirilən qızıl-zinət əşyaları aşkarlanıb

    DGK: İstanbuldan Bakıya gətirilən qızıl-zinət əşyalar..

    Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Xəbər15-ə bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. Həmin şəxsi gömrük […]
  • Türkiyədə çalışan azərbaycanlı həkim xəstəsindən prokurorluğa şikayət edib

    Türkiyədə çalışan azərbaycanlı həkim xəstəsindən prok..

    İstanbuldakı özəl xəstəxanalardan birində estetik cərrah işləyən 32 yaşlı azərbaycanlı Elvin Əliyev Ester G. adlı alman proqram mühəndisini əməliyyat edib. Xəbər15 məlumat verir ki, bir həftə sonra müayinəyə gələn  52 yaşlı Ester G. həkimə qarşı qeyri-etik hərəkətlərə yol verib. Belə ki,  o otağa daxil olduqdan sonra qapını bağlayıb və həkimə qəhvə içməyi təklif edib. Elvin […]
  • Azərbaycan gömrükçüləri İrandan Türkiyəyə narkotik vasitənin aparılmasının qarşısını aldı

    Azərbaycan gömrükçüləri İrandan Türkiyəyə narkotik va..

    Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Xəbər15-ə bildirilib ki, “Culfa” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü şəxsi yoxlamaya cəlb edilib. Bu […]
  • Azərbaycan xilasedicisi ayağı qırılsa da zəlzələ bölgəsindən ayrılmadı

    Azərbaycan xilasedicisi ayağı qırılsa da zəlzələ bölg..

    Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin xilasedicisi  Nur Əliyev axtarış-xilasetmə əməliyyatları zamanı ayağının qırılmasına baxmayaraq təbii fəlakət zonasından ayrılmayıb. Xəbər15 Hürriyyət qəzetinə istinadla bildirir ki, xilasetmə əməliyyatları zamanı beton blokun düşməsi nəticəsində FHN-nin əməkdaşı Nur Əliyevin ayağı qırılıb. Xəstəxanaya müraciət etməyən, təcili tibbi yardım əməkdaşlarının müdaxiləsi […]
  • Türkiyə şirkətinin Azərbaycan filialının rəhbəri maliyyə fırıldaqçılığına görə işdən çıxarılıb

    Türkiyə şirkətinin Azərbaycan filialının rəhbəri mali..

    Türkiyənin “Azinfo Dış Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialının qanuni təmsilçisi Əliniyaz­zadə Pərviz Əlimurtuza oğlu maliyyə fırıldaqçılığına görə işdən azad edilib. Xəbər15 məlumat verir ki, bununla bağlı şirkət tərəfdaşlarına müraciət edib. Müraciətdə qeyd olunub ki, aşkarlanan faktlarla bağlı qanuni təmsilçi fevralın 17-dən etibarən işdən çıxarılıb. Araşdırmalar yekunlaşanadək şirkətlə müqavilə və ya digər formalarda əməkdaşlıq edən təşkilat […]