Hadisə XƏBƏRLƏRİ

  • Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib

    Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb. Qurumdan Xəbər15-ə verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bildirilib ki, […]
  • Sosial şəbəkədə “Semka” ləqəbi ilə paylaşımlar edən şəxs həbs olunub

    Sosial şəbəkədə “Semka” ləqəbi ilə paylaş..

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbər15-ə verilən məlumata görə, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb. Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.  
  • Ermənistanda Nazirliyin şöbə müdiri rüşvət aldığı üçün saxlanılıb

    Ermənistanda Nazirliyin şöbə müdiri rüşvət aldığı üçü..

    Ermənistan ordusunda hərbi xidmətdən yayınma faktları ilə bağlı keçirilən əməliyyat çərçivəsində Səhiyyə Nazirliyinin Ana və Uşaq Sağlamlığının Qorunması İdarəsinin şöbə müdiri Lilit Avetisyan xidməti kabinetində saxlanılıb. Xəbər15 bildirir ki, bu barədə məlumatı “Hraparak“ yayıb. Qeyd edək ki, bundan öncə hərbi komissarlıqlardan birinin yüksək vəzifəli şəxsi külli-miqdarda rüşvət almaq ittihamı əsasında tutulub.
  • Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

    Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

    Masazır qəsəbəsindəki evlərin birindən 8 900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalar oğurlanıb. Xəbər15 bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, oğurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma […]
  • Xankəndidə daha 27 avtomat, 14 qumbara, xeyli silah-sursat aşkarlanıb

    Xankəndidə daha 27 avtomat, 14 qumbara, xeyli silah-s..

    Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Xəbər15-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, […]
  • Bayram günlərində yol qəzalarında 9 nəfər ölüb, 39 nəfər xəsarət alıb

    Bayram günlərində yol qəzalarında 9 nəfər ölüb, 39 nə..

    Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Xəbər15-ə verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə […]
  • Cəbrayılda minalar aşkarlanıb

    Cəbrayılda minalar aşkarlanıb

    Cəbrayılda minalar aşkar edilib. Bu barədə Xəbər15-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Qeyd edilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Hovuslu kəndi ərazisindən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
  • Bakıda son üç ayda 33 nəfər yol qəzasında ölüb

    Bakıda son üç ayda 33 nəfər yol qəzasında ölüb

    2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumat açıqlanıb. Xəbər15 bildirir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, […]
  • Şüvəlanda yol qəzası olub, xəsarət alanlar var

    Şüvəlanda yol qəzası olub, xəsarət alanlar var

    Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xəbər15 bildirir ki, Şüvəlan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Şükürov Ramil İxtiyar oğlu, 2006-cı il təvəllüdlü Hüseynzadə Əliabbas Ağa oğlu və həmyaşıdı Əlizadə Naib Oktay oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.
  • İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb

    İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində öl..

    İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Xəbər15 bildirir ki,  aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisində yerləşən tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmələri faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki […]
  • “Adəmin atası” həbs olunub

    “Adəmin atası” həbs olunub

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etməkdə ittiham olunan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Xəbər15 bildirir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib. Məhkəmənin qərarı ilə S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.
  • Bərdədə avtomobil yanıb

    Bərdədə avtomobil yanıb

    Bərdədə avtomobil yanıb. Xəbər15 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, rayonun Çələbilər kəndində “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.